İstifadə şərtləri

Xidmətlərin ödənilməsi

More.az saytında qeydiyyatdan keçirdiyiniz hesaba daxil olaraq balansınızı artırıb bütün xidmətlərin ödənişlərini edə bilərsiniz.

Balansınızı artırarkən, sizə lazım olan miqdarda vəsait köçürməyiniz tövsiyyə edilir.

 

Geri ödəmə

Balansa köçürülən vəsait yalnız aşağıdakı hallarda sizə geri ödənilə bilər:

  • Mövcud xidmətlərinizin fəaliyyətində problem yarandığı halda.
  • Bizdən asılı olan səbəblərə görə balansınıza köçürdüyünüz vəsaiti xərcləyə bilmədiyiniz halda.
  • Yuxarıda göstərilən problemlərin 48 saat ərzində bərpa edilməsi mümkün olmadıqda.

Əks halda balansa köçürülən vəsait yalnız xərclənə bilər.

 
Xidmətlərin ləğv edilməsi 

  • Aylıq və illik ödənişli xidmətlər istifadə müddəti bitdiyi gün dayandırılır (bloklanır). Xidmət dayandırıldıqdan sonra ödəniş edilmədiyi təqdirdə,  xidmət növündən asılı olaraq 7-30 gün ərzində xidmətlərə birdfəlik xitam verilir.
  • Xidmətlərin istifadə müddətinin bitməsinə dair qeydiyyatçıya e-mail göndərilir.
  • Bu şərtlərin pozulması, xidmətlərə xitam verilməsinə dair razılığın verilməsi hesab olunur.
  • Müddəti bitmiş xidmətlər üzərində, "more.az" rəhbərliyi heç bir məsuliyyət daşımır.

 

Hosting və sayt qaydaları

Bizdən alınan hosting, domen və saytlardan aşağıdakı məqsədlər üçün istifadə etmək qadağandır.

Dövlət, hökümət, xalq və ölkə əleyhinə olan materialların yerləşdirilməsi.

Siyasi çevrilişə səbəb ola biləcək materialların yerləşdirilməsi

Mərc və qumar oyunlarının təbliğ edilməsi.

18+ materialların yerləşdirilməsi.

Grabber scriptlərin yerləşdirilməsi.

Hiyləli və keçidə məcbur edən reklamlar.

Oğurluq sənədlər və ya materialların yerləşdirilməsi.

Hacker əməllərinin təbliğ edilməsi.

Hostingdən hacker əməliyyatları aparmaq məqsədilə istifadə etmək.

Spamların göndərilməsi.

Toplu e-maillərin göndərilməsi.

Sıradan çıxmış, təhlükəli və serverə zərər verə biləcək hər hansı bir script və materialların yerləşdirilməsi.

Milli mintalitetə zidd olan məlumatların yerləşdirilməsi.

 

Domen qaydaları

1) Domen adlarının tərkibində əxlaqdan kənar sözlərdən istifadə edərək qeydiyyata alınması qəti qadağandır.

2) Domen adlarının tərkibində şəxsi və ya siyasi yönümlü təhdid, tənqid, şantaj, terror, sarkazm və iztehza əks etdirən sözlərdən istifadə edərək qeydiyyata alınması qəti qadağandır.

3) Domenlərin müddəti bitdikdən sonra, "more.az" rəhbərliyi həmin domen üzərində heç bir məsuliyyət daşımır. Ən gec istifadə müddəti bitdiyi gün, domenin müddətini uzatmağınız tövsiyyə edilir.

4) 1 və 2-ci bənddə göstərilən şərtlər pozulduqda, həmin domenlər xəbərdarlıq edilmədən ləğv ediləcək və qeydiyyatçıya qətiyyən geri ödəmə edilməyəcək.

 

Qeydiyyat şərtləri

Sayt üzərində şəxsi hesab yaratmaq üçün qeydiyyat formasının bütün xanaları doldurulmalıdır. 

1) İstifadəçi adı ən az 6, ən çox 25 simvoldan ibarət olmalıdır.

2) Şifrə ən az 6, ən çox 250 simvoldan ibarət ola bilər. Şifrənin tərkibində ardıcıl və eyni olmamaq şərti ilə ən az 2 ədəd simvol yazmağınız tövsiyyə edilir. Bu hesabınızın təhlükəsizliyi üçün mühüm rol oynayır. Misal üçün ən zəif dərəcəli və qısa şifrə bu cür olmalıdır: a7$d0&

3) Şifrənin təkrarı və şifrə eyni yazılmalıdır.

4) Ad və soyad xanasına yazdığınız məlumatların şəxsiyyət vəsiqənizin üzərindəki ilə eyni olması, sayt üzərindən aldığınızın hər hansı bir aylıq və illik ödənişli məhsulun gələcəkdə təhlükəyə düşməməsi üçün vacib amillərdən biridir.

5) E-mail ünvanınızı düzgün yazmağınız tövsiyyə edilir. Xidmətlərin istifadə müddətinin bitməsinə az qaldıqda, sistem tərəfindən avtomatik olaraq qeyddiyyat zamanı qeyd etdiyiniz e-mail ünvanına xidmətin müddətini ödəniş edib uzatmaq üçün bildiriş məktubu göndəriləcək.

6) Telefon nömrəsini düzgün yazmaq mütləqdir. Qeydiyyat formasını düzgün doldurduqdan sonra müvafiq xana açılacaq və sizin telefon nömrənizə məxfi kod göndəriləcək. Telefon nömrənizə gələn kodu həmin xanaya düzgün daxil etmədiyiniz halda, hesabınızı təsdiq edərək qeydiyyatı tamamlaya bilməyəcəksiniz.