WEB dizayn, WEB dizaynların hazırlanması, dizayn, struktur, front end, back end, proqramlaşdırma, saytların hazırlanması, 90-cı illərin saytları

WEB dizaynların hazırlanması

WEB dizayn dedikdə saytların dizaynı (görünüşü) nəzərdə tutulur.

WEB dizayn saytın professionallığından, saytın hansı dövrə uyğun hazırlanmasından və ya hansı aralıqlarda yenilənməsindən xəbər verir.

Bəzən elə saytlar olur ki, yaxın 2-3 ildə hazırlanmasına baxmayaraq, dizaynına önəm verilmədiyinə görə 90-cı illərin saytlarını xatırladır.

Bəzən isə hansısa bir saytın dizaynı elə düşünülür ki, bir neçə ildən sonra da həmin dizayn standartlara cavab verə bilir.

Nəzərə almaq lazımdır ki, itifadəçi proqramlaşdırmanı bilmədiyinə görə yalnız dizayna görə sayta qiymət verir. 

 

Saytların hazırlanması əsasən 4 mərhələyə və onların kateqoriyalarına bölünür.

1) Strukturun hazırlanması 

2) Dizaynın hazırlanması

3) Front end (mətn dili və ya proqramlaşmanın istifadəçiyə görünən tərəfi)

4) Back end (proqramlaşdırma)

 

Qısacası WEB dizaynların hazırlanması üçün ilk öncə saytın struktur hissəsi hazırlansa daha məqsədə uyğun olar. (Sayt nədən ibarət olacaq, saytda nələr olacaq, sıralama necə olacaq və s.)

Struktur dizaynerə təqdim olunarsa, o sizin istəyinizə daha yaxın, daha uyğun dizayn hazırlaya biləcək. 

Əgər struktur barədə heç bir fikriniz yoxdursa, bunu bizə həvalə edə bilərsiniz. 

 

Biz sizin üçün bütün hallarda müasir standartlara cavab verə biləcək dizaynlar hazırlayarıq. 

Dizaynın qiyməti tələblərə və saytın fərqli səhifələrinin sayına əsasən dəyişə bilər.

Ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.