Logoların hazırlanması

Böyük təcrübəyə malik qrafik dizaynerlərimiz sizin şirkətin fəaliyyət sahəsinə və sizin tələblərinizə uyğun kreativ logolar hazırlayaraq, sizi logo haqqında uzun müddət düşünməkdən xilas edəcəklər.

İlkin mərhələdə sifarişinizə uyğun 3 ədəd müxtəlif görünüşlü logolar hazırlanacaq. Siz 3 logonun birini seçdikdən sonra, həmin logo sizin istəyinizə tam cavab verənə qədər təkmilləşdiriləcək və yenədə sizin istəyinizdən asılı olaraq logoda müvafiq dəyişikliklər ediləcək.

Hazırlanan logolar 5 formatda sizə təqdim ediləcək. (.PNG, .JPG, .SVG, .EPS və .PSD)

Vektor (.SVG və .EPS) formatlar ilə siz logonuzu istənilən vaxt keyfiyyətli formada böyük ölçülərə uyğunlaşdırıb və rənglərində dəyişikliklər edə biləcəksiniz.

Logoların hazırlanması xidmətinin qiyməti tələblərdən asılı olaraq dəyişə bilər. 

Daha dolğun məlumat almaq üçün zəhmət olmasa bizə mürəciət edin.